Moskvada Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması müzakirə edilib

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə ikitərəfli münasibətlərin cari məsələlərinə də toxunulub, qarşılıqlı maraq doğuran bir sıra digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Regional məsələlərin müzakirəsi kontekstində 2020-2022-ci illər üçün ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərin artırılmasının zəruriliyi təsdiq edilib”, – məlumatda deyilir.
KARUSEL / SİYASƏT
Tarix: 5-12-2023, 14:32