mobil versiya

Keçən il paytaxtda 14104 cinayət hadisəsi törədilib



2025-ci il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 14104 cinayət hadisəsi törədilib ki, onların 93,4 %-nin açılması təmin olunub.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ildə törədilən 39 qəsdən adam öldürmə cinayətlərindən və 19 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının, həmçinin ötən illərdən bağlı qalan 2 qəsdən adam öldürmə və 1 qəsdən şəxsin ölümünə səbəb olan ağır xəsarət yetirmə cinayətlərinin açılması təmin edilib.


Reportyor.az 
KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 17:01