mobil versiya

Azərbaycanın xaricdə diplomatik missiyalarının sayı 90-a çatıb


2023-cü ildə yeni diplomatik missiyaların açılması davam edib.
Bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib. Deyib ki, Azərbaycanın xaricdə diplomatik missiyalarının sayı 90-a çatıb.
Nazir bildirib ki, Azərbaycan gələn il üç ölkədə səfirlik təsis edəcək. O, Tailandda səfirliyin təsis olunması və fəaliyyətə başlamasının gözlənildiyini deyi: "Eyni zamanda, Oman sultanlığında və Əfqanıstanda diplomatik missiyalarımız fəaliyyət başlayacaq".





KARUSEL / SİYASƏT
Tarix: 28-12-2023, 15:35