mobil versiya

Xaricdə ezamiyyədə olan və ölkədən kənarda yaşayan seçicilərin siyahısı MSK-ya təqdim edilib



Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında ölkə hüdudlarından kənarda səs verən seçicilərin seçici siyahılarına alınması məqsədilə müvafiq seçki dairələrinin siyahısının təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Məsələ barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
R. Qasımov bildirib ki, Mərkəzi Seçki Komissiyası seçicilərin seçici siyahılarına alınması məqsədilə müvafiq seçki dairələrinin siyahısının təsdiq edilməsi üçün bir sıra lazımi addımlar atıb. Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi tərəfindən uzunmüddətli xaricdə ezamiyyədə olan və respublikada kənarda daimi yaşayan seçicilərin siyahısı artıq Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
Müzakirələrdən sonra ölkə hüdudlarından kənarda səs verən seçicilərin seçici siyahılarına alınması məqsədilə müvafiq seçki dairələrinin siyahısı məsələsi səsverməyə çıxarılaraq təsdiqlənib.

KARUSEL / SİYASƏT
Tarix: 9-01-2024, 17:33