mobil versiya

Məktəblərin qış tətili başlayır



Azərbaycanda məktəblilər üçün yanvarın 27-dən etibarən qış tətili başlayır.
Bu barədə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Bildirilib ki, qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.
Qeyd edək ki, dərs ili ərzində 5 gün payız (16-20 noyabr), 5 gün qış (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük əlavə yaz (1-5 may) tətili müəyyən edilib.


KARUSEL / CƏMİYYƏT
Tarix: 15-01-2024, 12:51