mobil versiya

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün bu qədər vəsait ayrılıb



İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-cü ilin dövlət büdcəsindən cəm olaraq 5588,0 milyon manat vəsait ayrılıb.
Maliyyə Nazirliyindən bildirilib ki, bu vəsaitin 4800,0 milyon manatı və ya 85,9 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli xərclərin, 145,4 milyon manatı və ya 2,6 faizi Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun, 145,3 milyon manatı və ya 2,6 faizi dövlət büdcəsinin ehtiyat fondunun, 32,5 milyon manatı və ya 0,6 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərinin, 464,8 milyon manatı və ya 8,3 faizi dövlət büdcəsindəki digər mənbələr hesabına ayrılmış vəsaitlərin payına düşür.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 22-01-2024, 18:07