mobil versiya

Konor - Həbib revanşının ilkin vaxtı bilindi




UFC prezidenti Dena Uayt təsdiq edib ki, Konor Makqreqor Həbib Nurmaqomedov - Toni Fergüson döyüşünün qalibi ilə qarşılaşacaq.

REPORTYOR.AZ qol.az-a istinadən xəbər verir ki, əgər Nurmaqomedov bu görüşdə qələbə qazansa, onunla Konor arasındakı revanş bu ilin payazında keçiriləcək. Dena Uayt ESPN-ə bildirib ki, potensial revanş Ramazan bayramından sonra - 2020-ci ilin sentyabr, oktyabr və ya noyabr ayında keçiriləcək.

Xatırladaq ki, Həbiblə Konor arasında ilk döyüş 2018-ci ilin oktyabrında keçirilib və dağıstanlı idmançı qələbəsi ilə başa çatıb.

KARUSEL / İDMAN
Tarix: 2-02-2020, 16:30