Bu il 13 min 545 yanğın qeydə alınıb
Respublika üzrə il ərzində 13 min 545, o cümlədən Bakı şəhərində 4 min 472, işğaldan azad olunmuş ərazilərdə 357 yanğın hadisəsi qeydə alınıb ki, bu da orta hesabla hər gün 41 yanğına çıxış deməkdir.
Bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov nazirliyin yaradılmasının 19-cu ildönümü münasibətilə bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, 16 yanğın yüksək saylı çağırışla söndürülüb: “Ümumilikdə, yanğınların söndürülməsi zamanı 79 dövlət və 425 özəl obyekt, 348 çoxmənzilli bina, 519 fərdi ev, 497 yardımçı tikili, müxtəlif təyinatlı 300 texnika mühafizə olunub, 78 nəfərin həyatı real təhlükədən xilas edilib. Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq, 1041 nəfər təhlükəsiz əraziyə təxliyə edilib”.
KARUSEL / HADİSƏ
Tarix: 16-12-2024, 18:06