mobil versiya

Ötən sutka ölkə ərazisində 33 halda yanğına çıxış olub - FHN



Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 33 halda yanğına çıxış və bir halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə FHN-in qüvvələri tərəfindən sutka ərzində ölkə ərazisində bir nəfər xilas edilib, yanğın zamanı 10 nəfər təxliyə olunub.
KARUSEL / HADİSƏ
Tarix: 17-03-2023, 13:31