mobil versiya

Bakı- Tbilisi qatarı bərpa olunacaqmı?




Gürcüstan mətbuatı, eləcə də aidiyyatı dövlət qurumları bir neçə dəfə Azərbaycanla dəmiryolu vasitəsi ilə sərnişindaşımanın bərpa olunacağı barədə xəbər yayıb, hətta konkret tarixlər də göstərib. Amma Azərbaycan tərəfi bu xəbərləri təsdiqləməyib, "Azərbaycan Dəmir Yollar" QSC-dən (ADY) bildirilib ki, bu məsələ Nazirlər Kabinetinin karantin rejimi ilə bağlı qərarına bağlıdır. Gürcü mediasının yaydığı növbəti məlumatda qeyd olunur ki, Bakı-Tbilisi sərnişin qatarının mayın sonunda bərpa olunması ilə bağlı tərəflər arasında danışıqlar gedir.

Məlumata görə, ilk qatarın 26 may - Gürcüstanın Müstəqillik Günü və 28 may - Azərbaycanın Respublika Günü münasibətilə yola salınması barədə razılıq əldə edilib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən “AzPolitika”-nın sorğusuna cavab olara bildirilib ki, hələliki bununla bağlı bir yenilik yoxdur.

“Qatarla beynəlxalq sərnişindaşıma xüsusi karantin rejiminə görə quru sərhədlərin bağlanması ilə əlaqədar 2020-ci ildən dayandırılıb”, - açıqlamada bildirilir.

Xatırladaq ki, Azərbaycanda xüsusi karantin rejimi iyulun 1-i saat 06:00-dək uzadılıb. (“AzPolitika.info”)
KARUSEL / İQTİSADİYYAT
Tarix: 1-05-2025, 12:27