mobil versiya

“Neftçi” milli komandanın futbolçusunu transfer edib






“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.

Reportyor.az xəbər verir ki, Benin millisinin dayaq yarımmüdafiəçisi Sessi D Almeyda artıq “Neftçi”nin üzvüdür. 29 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.

Fransanın Bordo şəhərində anadan olan Sessi D Almeyda eyniadlı klubun yetirməsidir. O, Fransa, İngiltərə, Portuqaliya liqalarında çıxış edib, son mövsümü “Apollon” (Limassol, Kipr) keçirib. Futbolçu 34 matçda meydana çıxıb, 1 qola imza atdığı Benin milli komandası ilə bu il dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək Mərakeşdə keçiriləcək Afrika Millətlər Kubokuna vəsiqə qazanıb.


KARUSEL / İDMAN
Tarix: 5-06-2025, 13:39