mobil versiya

“Ağa Gürlüşık” özəl müəssisəsi Azərbaycanın Füzuli şəhərində məscid tikəcək



Türkmən xalqının Ümummilli Liderinin tapşırığına əsasən, Arkadağda Qurbanqulu Berdiməhəmmədov adına Qəyyumluğa Ehtiyacı Olan Uşaqlara Yardım Xeyriyyə Fondu ilə ölkənin “Sport Star” özəl müəssisələri arasında sosial binaların tikintisi və mövcud binaların təmiri ilə bağlı ikitərəfli sazişlərin imzalanması mərasimi keçirilib.

Arkadağda əldə olunan razılaşmalara əsasən, “Ağa Gürlüşık” özəl müəssisəsi Azərbaycanın Füzuli şəhərində tikintisi planlaşdırılan məscidin layihəsini hazırlayacaq.

Bu, xeyriyyə fondunun humanitar işlərinin miqyasının genişlənməsinin bariz göstəricisidir.

Məlum olduğu kimi, Xəzər dənizinin sahilində yerləşən “Avaza” milli turizm zonasında ilk “Türkmənistan-Özbəkistan-Azərbaycan” üçtərəfli görüşü keçirilib. Həmin görüşdə Azərbaycan Respublikasının Prezidenti Türkmənistanın Azərbaycanın Füzuli şəhərində məscid tikəcəyini bəyan etmiş və bunun Türkmənistanın Azərbaycana nadir hədiyyəsi olacağını bildirmişdir.

Reportyor.az

KARUSEL / İQTİSADİYYAT
Tarix: 2-10-2025, 10:21