mobil versiya

XI Bakı Beynəlxalq Kitab Sərgisində Qətər Dövlətinin stendinin rəsmi təqdimatı olub






XI Bakı Beynəlxalq Kitab Sərgisində rəsmi qonaq olan Qətər Dövlətinin stendinin təqdimat mərasimi keçirilib.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.




Mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Qətərin mədəniyyət naziri Abdülrəhman bin Həməd Al Tani iştirak edib.


Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və qətərli həmkarı sərgi məkanını gəzib, stendlərlə tanış olublar. Qətərin stendi ilə tanışlıq zamanı ekspozisiya haqqında ətraflı məlumat verilib. Onlara müxtəlif ölkələrin ədəbiyyat və mədəniyyət nümunələri haqqında ətraflı məlumat verilib.


Qeyd olunub ki, sərgi günlərində ziyarətçilər bu körfəz ölkəsinin mədəni irsi, ədəbiyyatı və sənət incilərini tanımaq imkanı əldə edəcəklər.

Reportyor.az 





KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Dünən, 14:31