mobil versiya

Türkiyə lirəsi ABŞ dollarına nisbətdə rekord həddə ucuzlaşdı



Türkiyə lirəsi ABŞ dollarına nisbətdə rekord həddə ucuzlaşıb.
Belə ki, sentyabrın 22-də ticarət zamanı bir ABŞ dollar 18,38 lirə təşkil edib.
ABŞ Federal Ehtiyatlar Sisteminin (FRS) əsas uçot dərəcəsini 75 baza bəndi artırmaq qərarından sonra lirə rekord həddə düşüb.
Vaşinqtonun bu kredit siyasəti bir çox inkişaf etməkdə olan ölkələrin valyutalarına təzyiqi artırıb.
2022-ci ildə lirə dollar qarşısında 28 faiz ucuzlaşıb, ölkədə inflyasiya isə 80 faizi keçib.
Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclasında uçot dərəcəsi 1 faiz bəndi azaldılaraq 13%-dən 12%-ə endirilib.
Uçot dərəcəsi bu il avqustun 18-də 14%-dən 13%-ə endirmişdi.
Mənbə: Mk.ru(oxu.az)

DÜNYA / İQTİSADİYYAT
Tarix: 23-09-2022, 13:58