Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7%-dən 6,75%-ə endirilməsi barədə qərar qəbul edib.
"Report" xəbər verir ki, bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib.
Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 7,25%, aşağı həddi isə 6,25% müəyyən olunub.
Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə sentyabrın 18-də baxacaq.
SON XƏBƏR / KARUSEL
Tarix: 30-07-2020, 12:21