mobil versiya

FED koronavirusa görə uçot dərəcəsini endirdi




ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsinə yenidən baxıb.

"Report" xəbər verir ki, bu barədə nizamlayıcının saytında bildirilir.

Məlumata görə, Federal Ehtiyat Sistemi uçot dərəcəsini 0,5% bəndi 1-1,25% səviyyəsində saxlayıb. 

"ABŞ iqtisadiyyatı hələ də güclıüdür. Lakin koronavirus iqtisadi fəallıq üçün yeni risklərin artmasına zəmin yaradır. FED məhz bu səbəbdən uçot dərəcəsinin 0,5% bəndi aşağı salınmasına qərar verib", - məlumatda vurğulanıb. 

Qeyd edək ki, FES bundan əvvəl uçot dərəcəsinə cari il yanvarın sonunda baxmış və sabit saxlamışdı. 

KARUSEL / İQTİSADİYYAT
Tarix: 3-03-2020, 19:34