mobil versiya

İran Rusiyaya 200-dən çox PUA göndərməyə hazırlaşır



“İran noyabrın əvvəlində Rusiyaya 200-dən çox pilotsuz uçuş aparatlarından ibarət partiya göndərməyi planlaşdırır”.
“Qafqazinfo” “Unian”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi yayıb. 
Məlumata görə, sözügedən partiyaya “Shahed-136”, “Mohajer-6” və “Arash-2” dronları daxil olacaq. 
Bildirilir ki, PUA-lar Həştərxan limanı vasitəsilə Rusiyaya tədarük ediləcək: “Dronlar Rusiyaya tam qurulmuş halda deyil, hissələrə ayrılmış şəkildə göndəriləcək. Onlar daha sonradan Rusiya ərazisində qurulacaq, rənglənəcək və üzərinə Rusiya nişanı (“Geran-2”) vurulacaq”.

DÜNYA
Tarix: 2-11-2022, 15:08