İran Rusiyaya PUA verməsini sübuta yetirən sənəd tələb edir
İran müharibə aparan tərəflərə silah verilməsinin əleyhinədir. Biz Ukraynadan hərbi əməliyyatlar zamanı istifadə olunan pilotsuz uçuş aparatlarının (PUA) İrana məxsus olması haqqında sənəd tələb etmişik.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib. O bildirib ki, İranın Rusiya ilə müdafiə sənayesi sahəsində əməkdaşləq əlaqələri var. Lakin İran müharibənin əleyhinə çixiş edir və Ukraynada hərbi əməliyyatları davam etdirmək üçün Rusiyaya silah verməyib.
İran mətbuatı qeyd edir ki, Ukraynanın bombardman edilməsində istifadə olunan pilotsuz uçuş aparatları hərbi əməliyyatlar başlamazdan çox əvvəl Rusiyaya satılıb. Lakin Ukrayna tərəfi İranın Rusiyaya 2 min 400 ədəd pilotsuz uçuş aparatı verdiyini iddia edir.
Bu məsələ BMT-də müzakirəyə çıxarılıb və qərara alınıb ki, Ukraynaya mütəxəssislər göndərilsin və pilotsuz uşuş aparatlarının İrana məxsus olması araşdırılsın. Bu qərara cavab verən Rusiyanın BMT yanındakı daimi nümayəndəsinin müvini Dmitri Polonski bildirib ki, əgər BMT sözügedən məsələ ilə əlaqədar Ukraynaya mütəxəssis göndərsə, onda Rusiya BMT ilə əlaqələrini kəsəcək. Diplomat İranın Rusiyaya PUA satması barədə yayılan məlumatları Moskva və Tehrana növbəti təzyiq vasitəsi adlandırıb və qeyd edib ki, Rusiyanın müdafiə sənayesi kompleksinin PUA istehsal etmək üçün imkanları var.
GÜNDƏM
Tarix: 21-10-2022, 15:52