mobil versiya

Zelenskinin ofisindən XƏBƏRDARLIQ: "Şiddətli döyüşlər olacaq"




“Ölkənin şərqində şiddətli döyüşlərin olacağı gözlənilir”.

REPORTYOR.AZ “Report”a istinadən xəbər verir ki, bunu Ukrayna prezident ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç “Kanal- 24”ün efirində deyib.

“Rusiya Silahlı Qüvvələrinin oradakı şəxsi heyətinin sayı sürətli qələbə üçün kifayət etməyəcək. Qoşunlarımız artıq hərəkətə keçiblər. Çətin döyüşlər olacaq. Ən böyük təhlükə Xarkov, Kramatorsk və Slavyanskdakı dinc əhali üçündür. Xarkov sakinlərinə çox diqqətli olmağı tövsiyə edirəm”, - o bildirib.


KARUSEL
Tarix: 18-04-2022, 11:36