Ukrayna MN Rusiyanın mayın 9-dək nəyə nail olmaq istədiyini açıqlayıb
"Rusiya hərbçiləri mayın 9-na qədər Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq, həmçinin işğal olunmuş Krıma gedən "quru dəhlizi"ni saxlamaq istəyirlər".
REPORTYOR.AZ xəbər verir ki, bunu "RBC-Ukrayna"ya müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin spikeri, polkovnik Oleksandr Motuzyanik deyib.
"İndi onların məqsədi tam aydındır - Ukrayna qüvvələrini Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərindən kənara çıxarmaq", - deyə o bildirib.
Polkovnikin sözlərinə görə, gələcəkdə ruslar mümkün qədər çox ərazini ələ keçirmək məqsədilə digər bölgələrdə, xüsusilə Xerson ərazisində hücuma hazırlaşacaqlar. Motuzyanik onu da qeyd edib ki, indi Rusiya hərbçiləri qüvvələr toplayır.
KARUSEL / DÜNYA
Tarix: 20-04-2022, 11:00