mobil versiya

Xırdalan şəhərinin mərkəzində avtobus və taksi sürücüləri arasında münaqişə yaşanır - VİDEO



Abşeronda taksi sürücülərinin mərkəzi küçədə sərnişin avtobusunun yolunda avtomobillərini saxlaması qalmaqala səbəb olub. Sakinlər bu kimi halların hər gün baş verdiyini deyirlər.

Avtobus sürücüsü ilə mübahisə edən şəxsin artıq məsuliyyətə cəlb edildiyi bildirilir.



REPORTYOR.AZ
Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Abşeron rayonu, Xırdalan şəhərindən gedir.

Sakinlərin sözlərinə görə, həmin ərazidə avtobus və taksi sürücüləri arasında, demək olar ki, hər gün mübahisə yaşanır.

Taksi sürücüləri sərnişin yığmaq üçün avtobuslar üçün nəzərdə tutulmuş dayancaqda dayanır. Elə bu səbəbdən də sərnişinlər çətinlik çəkirlər.

Həm avtobus, həm də taksi sürücüləri qalmaqala səbəb kimi dayanacağın düzgün seçilmədiyini deyir.

Abşeron rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən isə "Xəzər Xəbər"ə bildirildi ki, həmin prospekt avtomobillərin ən çox sıxlıq təşkil etdiyi ərazidir. Aparılmış araşdırmalarla taksi sürücüsü müəyyən edilib və tədbir görülüb.

Bu arada, Heydər Əliyev prospektində avtomobilini düzgün park etməyən taksi sürücülərinə qarşı tədbirlər görülüb. Gün ərzində 50-yə yaxın avtomobil barəsində inzibati protokol tərtib edilib.

KARUSEL / ÖLKƏ
Tarix: 22-04-2022, 17:17