“Koroğlu”da xaosu aradan qaldırmaq mümkün olmur - səbəb
Taksi sürücüləri dayanmaları üçün yer tələb edirlər...
İllərdir ki, “Koroğlu” metrostansiyasının qarşısında nəqliyyatın tənzimlənməsi istiqamətində atılan addımlar effektiv nəticə vermir. Ərazidə günün pik saatlarında xaos yaşanır. Taksi sürücülərinin səsi ətrafı bürüyür. Kimisi “Ramana”, kimisi “Binə”, kimisi də digər qəsəbə və kəndlərin adını qışqıraraq sərnişin yığmağa çalışır. Bu ərazilərə işləyən taksilər adətən hər sərnişini 1 manata aparırlar. Taksilərin əlindən avtobuslar, avtobusların əlindən piyadalar yolda hərəkət edə bilmirlər. Günün pik saatlarında isə hərəkət iştirakçıları bir-birinə mane olduğu üçün siqnal səsindən qulaq tutulur.
“Yeni Müsavat”ın əməkdaşı olaraq ərazidə olduğumuz zaman söhbət etdiyimiz taksi sürücüləri bildirdilər ki, onlar da bu cür vəziyyətdən razı deyillər. Sadəcə olaraq, dayanmağa başqa yerləri yoxdur. Binəyə işləyən taksi sürücüsü Nicat bildirdi ki, ərazidə onların da dayanması üçün yerin yaradılması planlaşdırılır:
“Günün pik saatlarında körpünün altında tez-tez qəza şəraiti yaranır. Çünki avtomobillər sürətlə gəlir, yol daraldığı üçün problemlər yaşanır. Burada taksilərin yığışdırılması üçün addımlar atılıb. Əraziyə dəmir barmaqlıqlar çəkilib. Ancaq insanlar yenə də bu dəmir barmaqlıqların üzərindən aşaraq, yaxud da əhatəsinə fırlanaraq taksilərdən istifadə edirlər. Camaat avtobusa ona görə minmir ki, istinin günündə marşrutlarla getmək çətinlik yaradır. Nə soyutma sistemi var, nə də şəraiti. Binə yolunda dayanmağa imkan yoxdur. Ancaq digər yerlərə gedən sərnişinlər özləri deyirlər ki, 10 dəqiqəlik yolu 40 dəqiqəyə gedirlər. Çünki avtobus addımbaşı saxlayır, adam götürür. Bizə də burada dayanmaq üçün yer hazırlasalar, problem aradan qalxar. Hazırda burada avtobuslar üçün yeni xab tikilir. Bizə deyilib ki, xab açılandan sonra indiki avtobusların yerində taksilərin dayanması üçün şərait yaradılacaq. Gözləyirik ki, görək axırımız necə olur”.
Ərazidə sərnişinlər taksilərin fəaliyyətindən narazı deyildilər. Əksəriyyət bildirdi ki, avtobuslarla getməkdənsə 1 manat verib taksi ilə gedirlər. Sərnişinlər də söylədilər ki, taksilərin dayanması üçün yer olarsa, xaosun qarşısı alınar.
“Yeni Müsavat”a danışan ekspert Elməddin Muradlı söyləyib ki, problemin həlli istiqamətində bir neçə iş aparmaq olar:
“Ərazidə həqiqətən də problemlər çoxdur. Bunun da kökündə ictimai nəqliyyatın normal vəziyyətdə olmaması dayanır. Normal ictimai nəqliyyat, intensiv hərəkət edən marşrut sxemi və digər bu kimi məsələlər nə zaman qaydasına düşəcəksə, o zaman da bu kimi problemlər öz həllini tapacaq. Hazırda elə bir vəziyyət yaranıb ki, bunu qısa müddətdə həll edib-etməməyin mümkün olduğunu da söyləmək çətindir. Sadəcə olaraq, mexanizm düzgün qurulmalıdır. Ümidlərimiz vardı ki, orada xab yaranandan sonra çox böyük addımlar atılacaq. Xab yarandı, əlavə tunel də tikildi. Ziya Bünyadov prospektindən tunel açıldı ki, bu tunel birbaşa Zabrat körpüsünün altına çıxır. Bununla belə ərazidə məsələ öz müsbət həllini tapa bilmədi. Orada yeni tikilən xab-ın hələ ki, rəsmi açılışı olmayıb. Ümid edirəm ki, açılış olduqdan sonra müsbət dəyişiklik baş verəcək. Ərazidə qanunsuz taksi fəaliyyəti ilə məşğul olan xeyli sayda maşın var. O taksilərin ərazidə fəaliyyət göstərməsini qadağan etmək lazım deyil. Sadəcə olaraq, orada taksilər üçün normal şərait yaramaq lazımdır. Heç kim, istisnasız olaraq, kənarda qalmalı deyil”.
Elməddin Muradlı
Ekspert bildirib ki, Bakı ətrafına gedən sərnişinlərin normal avtobuslarla təmin olunması üçün iş aparılmalıdır: “Sərnişin boş avtobus tapdığı zaman, problem də həll olacaq. İndi isə günün pik saatlarında avtobuslar tələbatı ödəmir. Ona görə insanlar məcbur olub taksilərdən istifadə edir, yolun ortasında avtobusu saxladıb minirlər. Avtobus sürücüləri özləri də dərk edirlər ki, onlar avtobusu kənarda saxlatdıqları üçün cəzalar ala bilərlər. Orada müşahidə kameraları da var. Avtobusu dayanacaqdan kənarda saxlamaq üçün 100 manat cərimə və 4 bal nəzərdə tutulur. Bakı Nəqliyyat Agentliyi tərəfindən orada çox böyük işlər görülüb. Düşünürəm ki, nəzarət altında problemlər yoluna qoyula bilər. Yeni gələn avtobuslar sayəsində Bakının mərkəzi küçələrində xətdən çıxarılan avtobusları kəndlər, qəsəbələr istiqamətinə intensiv şəkildə yönəldə bilsələr, problem həll olunacaq. Düşünürəm ki, çəkilən bu qədər xərcin qarşılığında müəyyən nəticə görəcəyik. Bakı kəndləri istiqamətində normal intellektual idarəetmə aparmaq lazımdır. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin gücündən istifadə etmək lazımdır. Bir həftə ərzində yoxlama aparmaq olar.
Bakı kəndləri istiqamətində hansı saatlarda sıxlıq olduğunu öyrənib, həmin saatlarda avtobusların sayını artırmaq lazımdır. Burada qəliz problem yoxdur. Bəziləri məsələni o qədər dramatikləşdirir ki, adam düşünür ki, bunun üçün hökumət milyonlarla vəsait xərcləməlidir. Ancaq burada sadə bir iş görmək olar. Belə ki, günün pik saatlarında Bakının hansısa ərazisində boş gedib-gələn avtobusları qəsəbə, kəndlər istiqamətinə yönəltmək olar. İntellektual idarəetmə də elə budur. Məsələn, Qaradağ rayonunda avtobuslar boş formada küçədə gəzir. Bunu elə tənzimləmək lazımdır ki, həmin avtobuslar günün pik saatlarında ”Koroğlu" xabında olsunlar. Bu cür imkanlardan istifadə etməklə, nailiyyətlər əldə etmək mümkündür".
MANŞET / SOSİAL / ÖLKƏ

Tarix: 5-09-2019, 10:45