Bakıda taksi sürücüsünü döyüb pulunu və telefonunu aldılar - VİDEO
Bakıda avtomobilə oturan müştərilər taksi sürücüsünü döyərək pul, mobil telefon və zinət əşyasını götürüblər.
Hadisə bir neçə gün əvvəl paytaxtın Xətai rayonunda baş verib.
Qazax rayon sakini, 1987-ci il təvəllüdlü Bağırov Arzuman Ramiz oğlu axşam saatlarında taksi fəaliyyəti ilə məşğul olduğu minik maşınında sərnişinlərin hücumuna məruz qalıb.
Sərnişinlər Arzuman Bağırovun sifət nahiyəsinə yumruqla zərbə endirdikdən sonra boğazında olan gümüş boyunbağı, 88 AZN pulu və bir ədəd "Samsung" markalı telefonunu götürüblər. Axtarış nəticəsində məlum olub ki, hadisəni Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Ələkbərov Sahib Könül oğlu və onun tanışı Emil adlı şəxs törədib. Sahib Ələkbərov polis tərəfindən saxlanılıb, Emilin axtarışı isə davam etdirilir.
Qeyd edək ki, bu hadisə taksi sürücülərinin təhlükəsizliyi məsələsini gündəmə gətirib.Onlar arasında apardığımız soruğu zamanı bəzi sürücülər taksi şirkətləri ilə əməkdaşlıq etməyə üstünlük verdiklərini bildirdilər. Bəzi taksi sürücüləri isə hadisələrdən sığortlanmaq üçün şübhələndikləri müştəriləri götürməkdən imtina edirlər.
Taksi sürücüləri arasında bəziləri də var ki, baş verə biləcək bu cür hadisələrin qarşısını almaq üçün təhlükəsizlik məqsədi ilə avtomobildə müxtəlif soyuq silahlar saxlayırlar.
Hüququşunaslar isə taksi sürücülərinə tövsiyə edirlər ki, soyuq silahları avtomobildə saxlamasınlar. Çünki qanunla soyuq silahların saxlanılması qadağandır və buna görə məsuliyyət nəzərdə tıutulub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
KARUSEL / ÖLKƏ / VİDEOXƏBƏR
Tarix: 22-10-2019, 10:00