mobil versiya

"Lex" "Qarabağ"la oyun üçün Bakıya yollanıb - VİDEO




Polşanın "Lex" klubu "Qarabağ"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu üçün Bakıya yola düşüb.

Poznan təmsilçisi çarter reysi ilə Azərbaycana yollanıb.

Uçuşun təxminən 4,5 saat çəkəcəyi gözlənilir. Saat 18:40-da Tofiq Bəhramov adına Respublika stadionunda "Lex"in baş məşqçisi Con van den Bromun mətbuat konfransı, saat 19:00-da isə komandanın açıq məşqi olacaq.

Qeyd edək ki, iyulun 12-də keçiriləcək "Qarabağ" - "Lex" oyunu saat 20:00-da başlayacaq. Poznandakı ilk görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub - 0:1.

KARUSEL / İDMAN
Tarix: 11-07-2022, 11:15