Tanınmış azərbaycanlı müğənninin ürəyi tutdu, xəstəxanaya yerləşdirildi
Müğənni Şəbnəm Qəhrəmanova bu gün təcili xəstəxanaya yerləşdirilib. Müğənninin anidən ürəyi tutub. Təcili Tibbi Yardımın ilkin müayinəsindən sonra müğənni xəstəxanaya yerləşdirilib.
REPORTYOR.AZ xəbər verir ki, sənətçinin meneceri Paşanın shownews-a bildirdiyinə görə, Ş.Qəhrəmanova aritmiyadan əziyyət çəkir. Bundan müalicə alır. Hadisənin isə anidən baş verdiyini açıqladı:
"Nə olduğunu anlamadıq. Anidən yıxıldı. Elə bildik, ürək döyüntüsü artıb. Gördük, vəziyyət o deyil. Təcili yardım çağırdıq. Onlar isə ilkin tibbi yardım göstərdikdən sonra təcili xəstəxanaya aparmalı olduqlarını bildirdilər. Hamıdan xahiş edirəm, dua etsin. Çox narahatıq. Qucağında azyaşlı körpəsi var".
KARUSEL / ÖLKƏ
Tarix: 29-08-2022, 14:45