mobil versiya

Azərbaycanda tanınmış müğənni koronavirusa yoluxub, süni tənəffüs aparatına qoşulub




Tanınmış müğənni Səyyad Əlizadə koronavirusa yoluxub.

Bunu açıqlamasında müğənninin qohumu Razim Qarayev deyib.

O bildirib ki, S.Əlizadə 10 gün əvvəl COVİD-19 infeksiyasına yoluxub: "Ötən gün vəziyyəti ağırlaşıb. Axşam təcili yardım çağırmışdıq. Bu gün səhhəti daha da pisləşdiyindən Zığ qəsəbəsində yerləşən xəstəxanaya yerləşdirilib. Hazırda reanimasiya şöbəsindədir və süni tənəffüs aparatına qoşulub. Müəlicəsi davam etdirilir, ancaq vəziyyəti ağırdır".


SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 13-09-2021, 13:42