mobil versiya

Tovuz rayon Təhsil Şöbəsinə yeni müdir təyin edildi - FOTO



Tovuz rayon Təhsil Şöbəsinə yeni rəis təyin edilib.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. Nazirin müvafiq əmri ilə Elmira Mürşüdlü Tovuz rayon Təhsil Şöbəsinin rəisi təyin edilib.

Elmira Mürşüdlü daha öncə Aşağı Quşçu kənd 1 saylı orta məktəbin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, bundan öncə bu vəzifəni Validə Hüseynova icra edirdi. V.Hüseynova işində yol verdiyi kobud nöqsanlara görə işdən azad edilib. 54 yaşlı V. Hüseynova 2012-ci ildən bu vəzidədə çalışırdı.

REPORTYOR.AZ




KARUSEL / ÖLKƏ
Tarix: 13-10-2019, 23:46