“AzerGold”un il ərzində fəaliyyətində müsbət dinamika müşayiət olunub”-Mətin Eynullayev
“AzerGold” QSC-nin 2022-ci il ərzində fəaliyyətində müsbət dinamikanın davam etdirilməsi ilə müşayiət olunub.
“AzerGold”QSC-dən "Reportyor.az"a daxil olan məlumata görə, bunu QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayev Səhmdar Cəmiyyətin Müşahidə Şurasının 2022-ci il üzrə sonuncu iclası zamanı bildirib.
Onun sədrliyi ilə videobağlantı formatında keçirilən iclasda “AzerGold” QSC-nin fəaliyyəti ilə bağlı gündəliyə çıxarılan cari mövzular, o cümlədən strateji inkişaf, büdcə, maliyyə-investisiya, istehsalat, qızılın daxili və xarici bazarlarda satışı, maliyyə bazarında risklərin idarə olunması, zərgərlik bazarının inkişafı məsələləri ilə bağlı müzakirələr aparılıb.
M.Eynullayev Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən struktur islahatlarının məntiqi davamı olaraq ölkə iqtisadiyyatının müasir çağırışlara cavab verməsi məqsədi ilə yaradılan Azərbaycan İnvestisiya Holdinqi ilə QSC arasında fəaliyyətin qarşılıqlı əməkdaşlıq müstəvisində uğurla davam etdirildiyini qeyd edib. O, Holdinq tərəfindən qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Səhmdar Cəmiyyətin fəaliyyətində səmərəliliyin daha da artırılması, onun idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirməsi istiqamətində görülən işlərin “AzerGold” QSC-nin cari il ərzində fəaliyyətində müsbət dinamikanın davam etdirilməsi ilə müşayiət olunduğunu diqqətə çatdırıb.
M.Eynullayev bildirib ki, Səhmdar Cəmiyyətin 2022-ci il üzrə ilkin iqtisadi və maliyyə göstəriciləri, strateji əhəmiyyətli layihələrin icrası istiqamətində həyata keçirdiyi tədbirlər orta və uzunmüddətli vədədə qarşıya qoyulan hədəflərə nail olunmasında pozitivliyin qorunub saxlanıldığını deməyə əsas verir.
İclasda Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə Səhmdar Cəmiyyət tərəfindən cari il ərzində görülən işlər, həyata keçirilən tədbirlər nəzərdən keçirilib, gündəliyə çıxarılan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
KARUSEL / CƏMİYYƏT
Tarix: 30-12-2022, 11:51