mobil versiya

İlham Əliyev bu qurumu ləğv etdi




“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti əlvan metal filizi yataqlarının işlənməsi ilə yanaşı dəmir filiz yataqlarının işlənməsi ilə də məşğul olacaq. 

REPORTYOR.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərancam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasında iqtisadi islahatların davam etdirilməsi, ölkənin metallurgiya kompleksində sağlamlaşdırma və inkişaf tədbirlərinin həyata keçirilməsi məqsədilə “AzerGold” QSC ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etməlidir. Sərəncamın digər bəndi ilə Nazirlər Kabinetinə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin ləğv edilməsi ilə əlaqədar iki ay müddətində zəruri tədbirlər görülməsi tapşırılır.


SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 1-09-2020, 18:14