mobil versiya

Növbəti prezident seçkiləri Vladimir Putinin iştirakı ilə keçiriləcək



Rusiyada prezident seçkiləri, planlaşdırıldığı kimi, 2024-cü ildə hazırkı dövlət başçısı Vladimir Putinin iştirakı ilə keçiriləcək. Seçkiqabağı kampaniyaya hazırlıq prosesinə artıq başlanıb.

Bu barədə “Kommersant” qəzetinə Kremldəki mənbə məlumat verib.
Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib. Seçkiqabağı kampaniyanın 2023-cü ilin dekabrında başlanacağı gözlənilir.

KARUSEL / DÜNYA
Tarix: 13-01-2023, 12:48