mobil versiya

Türkiyədə zəlzələ bölgəsinə sutka boyu 154 uçuş həyata keçirilib




Türkiyə Silahlı Qüvvələrinin yaratdığı “hava yardımı dəhlizi” çərçivəsində Anadolunun cənub-şərqindəki dağıdıcı zəlzələ bölgəsinə sutka boyu 154 uçuş həyata keçirilib.

Aviasiya, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin A400M tipli təyyarələri zəlzələ bölgəsinə xilasetmə qrupları, avadanlıq və humanitar yardımlar aparır.
Fəlakət bölgəsinə uçuşlar 37 təyyarə ilə gecə boyu fasiləsiz davam edib. Yaradılan “hava yardım dəhlizi”ndən ağır yaralıları olan təcili tibbi yardım təyyarələri də gedir. Bundan başqa, iki “Akıncı” PUA-sı fəlakət bölgəsində koordinasiya işlərinə cəlb olunub.


KARUSEL / GÜNDƏM
Tarix: 7-02-2023, 18:17