Türkiyədə 6 bal gücündə zəlzələ baş verdi - VİDEO
Bu gün səhər saatlarında Türkiyədə güclü zəlzələ qeydə alınıb.
REPORTYOR.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, təbii fəlakət Akdeniz bölgəsində 6 bal gücündə qeydə alınıb. Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 08:32-də 155 km. dərinlikdə baş verib. Kandilli Rəsədxanası zəlzələnin gücünün 6.1 olduğunu açıqlayıb.
Zəlzələ Antalya şəhərində 5,8 bal gücündə hiss edilib. Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.
SON XƏBƏR / KARUSEL
Tarix: 19-10-2021, 11:07