Cənubi Koreya 2022-ci ildə 17 milyard dollardan çox silah ixrac edib
Ötən il Cənubi Koreya silah ixracatını rekord həddə - 17,3 milyard dollara çatdırdı. Bununla da Ukraynadakı münaqişə səbəbindən “qlobal silahlanma boşluğunu doldurdu”.
Bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Seul Ukraynaya silah verməsə də, yaranan “boşluq”dan Qərb ölkələrinə ixracı artırmaq üçün istifadə edir. Xüsusilə, 2022-ci ildə təkcə Polşaya 12,4 milyard dollara haubitsa, qırıcı və MLRS satılıb.
Qeyd edək ki, Cənubi Koreya dünya silah istehsalında lider ölkələrdən biridir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2017-ci ildən 2021-ci ilə qədər Cənubi Koreya dünyanın ən yaxşı 25 silah ixracatçısı arasında ən sürətli böyüyən ölkə olub və qlobal bazarda 2,8 faiz payla səkkizinci yeri tutub. 2022-ci ildə Seul və Varşava iki ölkə tarixində rekord qıran və dəyəri təxminən 14,5 milyard dollarlıq silah müqaviləsi imzalayıblar.
KARUSEL / DÜNYA

Tarix: 6-03-2023, 08:33