mobil versiya

Ermənistandan Qarabağa silah-sursat və yanacaq daşındığını əks etdirən görüntülər



Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə ötən gün silahlı toqquşmaların baş verdiyi dolayı qrunt yolla (Xankəndi-Xəlfəli-Turşsu) silah, döyüş sursatı və yanacağın daşındığını əks etdirən videokadrlar ortaya çıxıb.
Daşınma sutka ərzində həyata keçirilir, üstəlik nəqliyyatın hərəkəti hər iki istiqamətdə müşahidə olunur. Belə ki, videokadrın ilk saniyələrində Xankəndidən Ermənistan istiqamətində hərəkət görürüksə, 8-ci və 39-cu saniyələrdə Ermənistandan Xankəndi istiqamətinə hərəkət müşahidə edirik. 46-cı saniyədən isə yenidən Xankəndidən Ermənistan istiqamətinə hərəkət müşahidə olunur.
Qeyd edək ki, martın 5-də Ermənistan tərəfi növbəti təxribat törədib. Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub.
Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.
Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları hayata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir.(Trend)

KARUSEL / SİYASƏT
Tarix: 6-03-2023, 11:36