mobil versiya

Xankəndi-Laçın yolunda sülhməramlıların bu gün 21 avtomobili maneəsiz keçib



Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 1 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. 

Toplanış yerində nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, həmin minik maşını Laçından Xankəndi istiqamətinə keçid edib. 
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. 
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus ümumilikdə 21 avtomobil maneəsiz hərəkət edib.(Report.az)

KARUSEL / GÜNDƏM
Tarix: 13-01-2023, 17:46