mobil versiya

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlıların avtomobilinin hərəkətinə növbəti dəfə şərait yaradılıb



Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, həmin avtomobillər Xankəndidən Laçın istiqamətinə keçib.
Bu gün ərzində indiyədək Xankəndi-Laçın yolundan Rusiya sülhməramlılarına məxsus ümumilikdə 14 avtomobil maneəsiz hərəkət edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 18 gündür davam edir.
KARUSEL / GÜNDƏM
Tarix: 29-12-2022, 17:55