mobil versiya

Pakistanda partlayış nəticəsində doqquz polis əməkdaşı ölüb



Pakistanda polis avtobusunun partladılması nəticəsində hüquq-mühafizə orqanlarının doqquz əməkdaşı həlak olub, 13 nəfər yaralanıb.
"Dawn” qəzeti xəbər verir ki, partlayış martın 6-da Bəlucistan əyalətində Kaçni və Sibi rayonlarını birləşdirən körpüdə baş verib. İlkin versiyaya görə, terrorçu-kamikadze avtobusun yaxınlığında özünü partladıb.
Yaralılar xəstəxanaya çatdırılıb, hadisə yeri əhatəyə alınıb, oraya istehkamçılar cəlb olunub. Hələ ki, ölkədə fəaliyyət göstərən heç bir qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib.

KARUSEL / DÜNYA
Tarix: 6-03-2023, 13:31