mobil versiya

Pakistanın şimal-qərbində intiharçı hücumu nəticəsində 3 nəfər ölüb



Pakistanın şimal-qərbində intiharçı hücumu nəticəsində azı 3 nəfər ölüb, 22 nəfər yaralanıb.

Rəsmilərin "Mashaal" radiosunun verdiyi məlumata görə, hücum Şimali Vəziristan qəbilə dairəsinin Mirali bölməsində yerli neft şirkəti karvanını müşayiət edən təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilib. Terrorçu-kamikadze maşını Kajori təhlükəsizlik keçid məntəqəsində avtomobil karvanına sürüb. Şimali Vəziristanda 2023-cü ilin ilk hücumu kimi görünən hücumun məsuliyyətini hələ heç bir qrup öz üzərinə götürməyib. 2022-ci ildə Şimali Vəziristanda bir neçə Pakistan təhlükəsizlik qüvvələrinin ölümünə səbəb olan doqquz intihar hücumu həyata keçirilib.


KARUSEL / DÜNYA
Tarix: 13-02-2023, 11:35