Azərbaycan XİN İsraildə sinaqoqa silahlı hücumu pisləyib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İsraildə sinaqoqa silahlı hücumu pisləyib.
Bu barədə XİN-in tviter hesabında paylaşım edilib.
“Yerusəlimin Neve Yaakov məhəlləsindəki sinaqoqda terror hücumunu şiddətlə qınayırıq. Həlak olanların ailəsinə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik”, - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, İsrailin Yerusəlim şəhərində sinaqoqa silahlı hücum zamanı 8 nəfər ölüb, 10 nəfər yaralanıb. İsrail polisi hadisəni terror aktı adlandırıb.
KARUSEL / SİYASƏT
Tarix: 27-01-2023, 23:58