Şimali Koreya “radioaktiv sunami” yarada bilən sualtı dronu sınaqdan keçirib

"Report" xəbər verir ki, bu barədə “Koreya səsi” dövlət radiosu məlumat yayıb.
“Bu gizli silah pilotsuz sualtı hücum gəmisidir. Onun vəzifəsi gizli şəkildə su altında üzmək, düşmən gəmi qruplarını və limanını məhv etmək və sualtı partlayış vasitəsilə supergüclü radioaktiv sunami yaratmaqdır”, - məlumatda bildirilib.
Sınaqlara Şimali Koreya lideri Kim Çen In nəzarət edib.
KARUSEL / DÜNYA
Tarix: 24-03-2023, 10:04