AZAL Avropaya birbaşa uçuşların sayını artıracaq
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Avropanın şəhərlərinə birbaşa uçuşların sayını artırmağı planlaşdırır.
“Report” xəbər verir ki, bunu AZAL-ın I vitse-prezidenti Samir Rzayev bildirib.
O, aviaşirkətin həyata keçirəcəyi birbaşa uçuşlarda rahatlığın və yüksək səviyyəli xidmətin təmin olunacağına əminliyini ifadə edib.
Xatırladaq ki, mayın 2-dən AZAL Bakıdan Avstriyanın paytaxtı Vyanaya birbaşa uçuşlara başlayacaq. Aviareyslər hər həftənin çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.
KARUSEL / CƏMİYYƏT
Tarix: 25-04-2023, 18:12