AZAL uçuş istiqamətlərinin ümumi sayını 85-ə çatdırmağı hədəfləyib
AZAL marşrut şəbəkəsini genişləndirir və uçuş istiqamətlərinin ümumi sayını 85-ə çatdırmağı hədəfləyib.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev bildirib.
O qeyd edib ki, 2022-ci ilin əvvəlindən bu günədək Azərbaycanın milli aviadaşıyıcısı Aktau, Daşkənd, Səmərqənd, Ürgənc, Fərqanə, Əmman, Praqa, Sian və digər şəhərlərə uçuşlar həyata keçirməyə başlayıb.
Samir Rzayevin sözlərinə görə, AZAL tərəfindən Rusiya və Türkiyə istiqamətlərində yerinə yetirilən uçuşların tezliyi artırılıb.
“Əgər 2022-ci ildə 36 istiqamətə uçuşlar həyata keçirirdiksə, 2023-cü ilə bu rəqəmi 62-yə çatdırmağı hədəfləyirik”, - deyə AZAL-ın birinci vitse-prezidenti vurğulayıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 23-02-2023, 18:52