mobil versiya

2023-cü ildə Əfqanıstan xalqına humanitar yardım üçün 4,62 milyard dollar lazımdır - BMT


 
Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) bildirib ki, 2023-cü ildə Əfqanıstan xalqına humanitar yardım üçün 4,62 milyard dollara ehtiyac var.
"TOLO News" xəbər verir ki, OCHA-ya görə, humanitar yardım Əfqanıstan vətəndaşları üçün son həyat xətti olaraq qalır: "Əfqanıstan 3-cü il dalbadal quraqlıq, 2-ci il ağır iqtisadi çətinlik və onilliklər boyu davam edən müharibə və təkrarlanan təbii fəlakətlərin nəticələri ilə üzləşdiyi bir vaxtda humanitar yardım əhalinin böyük hissəsi üçün son həyat xətti olaraq qalır.  2023-cü ildə 23,7 milyon insana yardım üçün 4,62 milyard dollar lazımdırr"
Bu arada, müvəqqəti "Taliban" rejimi dövründə İqtisadiyyat Nazirliyinin müavini Əbdül Lətif Nəzəri humanitar yardımın davam etdirilməsinə ehtiyac olduğunu vurğulayıb və beynəlxalq ictimaiyyətdən humanitar yardımı siyasiləşdirməməyi xahiş edib: "Beynəlxalq ictimaiyyət humanitar yardımı siyasiləşdirməməlidir, o, əfqan xalqına yardım etməli və yardımı davam etdirməlidir. Humanitar yardımla yanaşı, inkişaf və tərəqqi sahəsində də yardım göstərilməlidir".


KARUSEL / DÜNYA
Tarix: 26-04-2023, 16:59