Əfqanıstan quraqlıq narahatlıqları fonunda buğdanın saxlanması üçün BMT-dən dəstək axtarır
Əfqanıstan müharibədən əziyyət çəkən ölkədə quraqlıqla bağlı narahatlıqların artması fonunda Birləşmiş Millətlər Təşkilatından (BMT) yardım istəyib və BMT-dən buğda üçün anbarlar təmin etməyi xahiş edib.
"TOLO new" xəbər verir ki,, Kənd Təsərrüfatı və Heyvandarlıq Palatası BMT-ni bu məsələdə ölkəyə kömək etməyə çağırıb və bunun da öz növbəsində Əfqanıstanın iqtisadiyyatını gücləndirməsinə kömək edəcəyini bildirib.
"Taliban" 2021-ci ilin avqustunda ölkədə hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstan iqtisadiyyatı alt-üst olub. O vaxtdan bəri, vətəndaşlar acınacaqlı həyat sürməkdə davam etdiyi üçün ölkə ciddi humanitar böhranla üzləşir. Əfqanıstanın Kənd Təsərrüfatı və Heyvandarlıq Palatasının rəis müavini Mirvays Hacızadə deyib ki, beynəlxalq ictimaiyyət və digər ölkələr hazırkı vəziyyətdə Əfqanıstana dəstək verməlidir. Davam edən ərzaq böhranı ilə bağlı "Taliban"ın rəhbərlik etdiyi Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü Musbahuhddin Mustaeen, "Kənd Təsərrüfatı Nazirliyi fövqəladə vəziyyətlər üçün 100.000 ton buğda satınalma büdcəsinin ayrılması planını kabinetə göndərib" deyib. Dünyanın hər yerindən humanitar yardım almasına baxmayaraq, Əfqanıstanda yoxsulluq, qida çatışmazlığı və işsizlik səviyyəsi hələ də ölkədə ən yüksək həddədir. Əfqanıstanın vəziyyətini vurğulayan analitik Qutbuddin Yaqubi bildirib ki, Əfqanıstanın hər il altı-səkkiz milyon metrik ton buğdaya ehtiyacı var. Xoşbəxtlikdən bunun təxminən beş milyon metrik tonu daxili mənbələrdən, qalanı isə xarici mənbələrdən təmin edilir.
KARUSEL / DÜNYA
Tarix: 20-03-2023, 11:29