mobil versiya

Mobil operatorların gəlirləri 100 milyon manat artıb



2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda mobil rabitə və informasiya xidmətlərindən 820,8 milyon manat gəlir əldə edilib ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə 11,95 faiz və ya 98,3 milyon manat çoxdur.
Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, gəlirlərin 38,5 faizi və ya 354,2 milyon manatı telekommunikasiya bazarının (mobil operatorlar) payına düşüb.
Qeyd olunan dövrdə rabitə və informasiya xidmətlərinin ümumi həcminin 77 faizini (709 milyon manatdan çox) əhaliyə göstərilən xidmətlər təşkil edib.
Qeyd edək ki, 2022-ci ilin yekunlarına görə, mobil rabitə və informasiya xidmətlərindən əldə olunan gəlir 2021-ci illə müqayisədə 14,8 faiz (358,6 milyon manat) artaraq 2,743 milyard manatdan çox olub.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 24-05-2023, 10:55