mobil versiya

Azad edilmiş ərazilərin bərpasına 3 milyard manata yaxın vəsait xərclənib


2022-ci ildə Azərbaycanda işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına xərclənən vəsaitin məbləği açıqlanıb.
Bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.
Layihəyə əsasən, ötən il işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına 2 665 408 636 manat vəsait xərclənib.
Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsindən isə Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərinin artımı üçün 2 milyard 260,0 milyon manat əlavə vəsait ayrılır.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 31-05-2023, 12:07