mobil versiya

“Qan tökülməsi qaçılmaz idi, Putin Lukaşenkonun təklifi ilə razılaşdı”- LAVROV



"Belarus prezidenti Aleksandr Lukaşenko 24 iyun hadisələri zamanı həmkarı Vladimir Putinə “Vaqner”in Moskvaya yürüşü məsələsini sülh yolu ilə həll etmək təklifi ilə müraciət edib. Bu təklif Kreml tərəfindən qəbul edilib və nəticədə “Vaqner”in Moskvaya daxil olmaq cəhdinin qarşısı alınıb”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Lukaşenko təklif etdi ki, bu vəziyyət sülh yolu ilə həll edilməlidir. Çünki qiyamçı dəstələr Moskvaya doğru irəliləməkdə davam edərsə, qan tökülməsi qaçılmaz olacaq. Bu təklif prezident Putin tərəfindən dəstəkləndi və nəticəsini bilirsiniz”, – Lavrov deyib.
Lavrov həmçinin qeyd edib ki, Afrika ölkələrindən ona bir neçə həmrəylik çağırışı gəlib. O qeyd edib ki, bu regionun Rusiya hakimiyyət orqanlarına münasibəti heç bir şəkildə dəyişməyib.
KARUSEL / DÜNYA
Tarix: 26-06-2023, 17:09