“Ermənistan son anda üçtərəfli görüşdən imtina etdi, belə bir fürsəti qaçırdı”- LAVROV
Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanl həmkarı Ceyhun Bayramovla görüşündə Ermənistan tərəfinin üçtərəfli görüşdən imtina etməsindən təəssüfləndiyini bildirib.
Lavrov qeyd edib ki, İrəvan son anda tədbirdə iştirak etməmək qərarına gəlib.
“Biz sülh müqaviləsi ilə bağlı müzakirələri davam etdirmək üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin öz ərazimizdə görüşünü keçirməyə razılaşdıq. Bu tədbirə hazırlaşırdıq, amma təəssüf ki, son anda erməni həmkarlarımız bunu yerlərdəki vəziyyətlə izah edərək Moskvaya gəlməkdən imtina etdilər. Çox təəssüf ki, belə bir fürsət əldən verildi”, – Lavrov bildirib.
KARUSEL / DÜNYA
Tarix: 23-12-2022, 15:33