mobil versiya

Pakistanda partlayış olub, ölənlər var



Pakistanda baş verən partlayış nəticəsində azı 20 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.
Partlayış Pakistanın Bəlucistan əyalətinin Mastunq şəhərində məscidin yaxınlığında törədilib.
Polis partlayışın kamikadze tərəfindən törədildiyini ehtimal edir.
Partlayış nəticəsində xəsarət alanlar iki xəstəxanaya çatdırılıb.
Rəsmilər fövqəladə vəziyyət elan ediblər. Hadisə ilə bağlı araşdırma aparılır.

KARUSEL / DÜNYA
Tarix: 29-09-2023, 13:51