mobil versiya

Yeddi şəhərin baş planı hazırlanır


Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə yenidənqurma işləri nhəyata keçirilir.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Ümumdünya Məskunlaşma Günü” ilə bağlı tədbirdə çıxışı zamanı deyib.
“Hazırda Qarabağ bölgəsində olduqca böyük tikinti-quruculuq işləri aparılır. Ölkə üzrə 7, həmçinin, Qarabağ iqtisadi rayonu üçün 4 şəhərin baş planı hazırlanmaqdadır”, - deyə A.Quliyev bildirib.
Onun sözlərinə görə, Baş planın 90 faizi hazırlanıb. Hazırda biz 7 şəhər və 4 Qarabağ iqtisadi zonası üşün baş plan hazırlayırıq. Qarabağda işğaldan azad edilmiş ərazilərdə kifayət qədər irihəcmli yenidənqurma içləri həyata keçirilir.
"Cari bərpa-quruculuq içləri çərçivəsində urbanizasiya prosesi aparılır. Bakı ilk dəfə -Dünya Məskunlaşma Günü" qeyd edir. Bu tarixi andır. Bu bizim qlobal arenada növbəti uğurumuzdur. Bakı Azərbaycanın canlı şəhəridir və müasirliyin tarixi üslubla kəsişdiyi möhtəşəm şəhərdir. Şəhərdə kifayət qədər canlanma var. Müxtəlif Memarlıq nümunələrindən keçmiş Bakı regionda dayanıqlı Şəhərsalma prosesində digər şəhərlər üçün ilham mənbəyinə çevrilib.
Bakıda sakinlər üçün həyat keyfiyyətinin artırılması üçün ciddi addımlar atılır. Bu bir daha şəhərlərin gələcəkdə müsbət dəyişikliyə doğru gedişatına təkan verir. Təkcə iqtisadi rifahla deyil, ekoloji cəhətdən də mühüm addımlar atılır. Komitəmiz tərəfindən işğaldan azad edilən ərazilərdə də misli görülməmiş bərpa prosesləri aparır. 8 şəhərin və 100 ə yaxın qəsəbənin baş planını hazırlamışıq. 1,37 ha ərazini əhatə edən bu genişmiqyaslı addımlar atmışıq. Logistika, sənaye zonalarının yaradılmasına çalışırıq. Bu indi və gələcəkdə də davam edəcək.
Qlobal ekosistemin meteriyası kimi atılan addımlar gələcək cəmiyyətin həyatında mühüm iz qoyacaq", - deyə o, əlavə edib.
Xatırladaq ki, bu gün “Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan "Ümumdünya Məskunlaşma Günü" Forumu keçirilir.
Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Azərbaycan və xarici dövlətlərdən olan digər nümayəndə heyəti, dövlət rəsmiləri və media mənsubları iştirak edir.
Müxtəlif mövzuların müzakirə edildiyi Forumun məqsədi dayanıqlı şəhər inkişafı üçün bilik mübadiləsini, siyasətin formalaşdırılmasını, ictimaiyyətin cəlb edilməsini, bacarıqların artırılmasını, əməkdaşlığı və icra strategiyalarını təşviq etmək olub.
Dünyaca məşhur nüfuzlu beynəlxalq ekspertlər və dövlət rəsmiləri "Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” mövzusu ilə hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsini aparırlar.


KARUSEL / CƏMİYYƏT
Tarix: 2-10-2023, 10:43